Rusiya FTX azərbaycanlı iş adamını saxlamaq üçün xüsusi əməliyyat keçirdi

Xatırladaq ki, daha əvvəl "TD İntertorq" şirkəti "Spar" və "Narodnaya semya" şəbəkələrini idarə edib.
Sputnik

BAKI, 10 mart — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidmətinin "K" idarəsinin əməkdaşları Sankt-Peterburqda "TD İntertorq" MMC-nin ("Spar" və "Narodnaya semya") sabiq ortaq sahibi Allahverdi Abdullayev və daha iki top meneceri: hüquq və maliyyə direktorunu saxlayıb. Bu barədə Sputnik Azərbaycan "RBK"-ya istinadən xəbər verir.

Məlumatı Sankt - Peterburq üzrə Daxili İşlər Nazirliyinin Baş İdarəsindən olan mənbə də təsdiqləyib.

Saxlanılan şəxslər "Sberbank"-dan 8 milyard rubldan çox vəsaiti oğurlamaqda ittiham olunur.

Mənbə qeyd edib ki, ötən gün Sankt-Peterburqda şirkətin əməkdaşlarının 30-dan çox mənzillərində axtarış aparıb.

Xatırladaq ki, daha əvvəl "TD İntertorq" şirkəti "Spar" və "Narodnaya semya" şəbəkələrini idarə edib.

Hazırda şirkət ləğv prosesindədir. Faktla bağlı araşdırmalar davam edir.