Prezident Bəylər Eyyubovu təltif etdi

Bəylər Əyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində səmərəli fəaliyyətinə, vəzifə borcunu peşəkarlıqla yerinə yetirdiyinə görə təltif edilib.
Sputnik

BAKI, 10 mart — Sputnik. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində səmərəli fəaliyyətinə, vəzifə borcunu peşəkarlıqla yerinə yetirdiyinə görə Bəylər Həsən oğlu Eyyubov "Şərəf" ordeni ilə təltif edilib.

Sputnik Azərbaycan verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, martın 11-də Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun 70 yaşı tamam olur.