ABŞ indi də razılaşmaya görə müsəlman ölkəsini hədələyir

Sonuncu dəfə 2021-ci ilin fevralında ABŞ Dövlət Departamenti mümkün Misir – Rusiya razılaşmasına görə öz narahatlığını bildirmişdi.
Sputnik

BAKI, 9 mart — Sputnik. Birləşmiş Ştatlar Rusiyadan "Su-35" qırıcıları almaq planlarına görə Misiri sanksiyalarla hədələyib. Sputnik Azərbaycan "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu misirli həmkarı Sameh Şuhru ilə telefon danışığı zamanı Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinken bildirib.

Amerika Türkiyə ilə Pakistanın işinə qarışdı, müqaviləyə qadağa qoydu

Nəşr yazır ki, rəsmi Qahirə öz silah idxalını şaxələndirmək üçün Moskva ilə razılığa gəlib. Lakin razılaşma Vaşinqtonun təzyiqinə görə dondurula bilər. Belə ki, Misir hazırda Birləşmiş Ştatların tərəfdaşıdır və bu ölkədən hər il 1,3 milyard dollar dəyərində yardım alır. Misir rəhbərliyi bu yardımın dayandırılması təhlükəsi fonunda Rusiya qırıcılarından imtina edə bilər.

Qeyd edək ki, sonuncu dəfə 2021-ci ilin fevralında ABŞ Dövlət Departamenti mümkün Misir – Rusiya razılaşmasına görə öz narahatlığını bildirmişdi.