HADİSƏ

Yağış Xətai rayonunda avtomobil qəzasına səbəb oldu

Sürətlə hərəkət edən “Maserati” markalı avtomobilin sürücüsü idarəetməni itirərək prospektdə yerləşən parkın kənarındakı səkiyə çırpılıb.
Sputnik

BAKI, 9 mart - Sputnik. Bu gecə Bakıya yağan yağış yol qəzasına səbəb olub.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunun Xocalı prospektində qeydə alınıb.

Belə ki, sürətlə hərəkət edən “Maserati” markalı avtomobilin sürücüsü idarəetməni itirərək prospektdə yerləşən parkın kənarındakı səkiyə çırpılıb.

Zərbənin gücündən nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi və əraziyə təhkim edilən Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Qəza ilə bağlı araşdırma aparılır.