HADİSƏ

Xalq artistinin əşyaları oğurlanıb

Mərhum sənətkar Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım isə məsələ barədə danışmaq istəmədiyini deyib.
Sputnik

BAKI, 9 mart — Sputnik. Mərhum Xalq artisti Yaşar Nurinin şəxsi əşyaları oğurlanıb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə mərhumun Novxanıda yerləşən bağ evində qeydə alınıb.

Məlumata görə, bağ evinin bir otağında yaradılmış ev muzeyindən Xalq artistinə məxsus eynək, mobil telefon və s. əşyalar oğurlanıb. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım isə məsələ barədə danışmaq istəmədiyini deyib. Qeyd edək ki, 1951-ci il təvəllüdlü Yaşar Nuri 2012-ci ildə vəfat edib.