“Tullantıların idarə olunması bütün dünyada aktual mövzudur”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə “Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Məlikov deyib.
O bildirib ki, bu sahədə təkmilləmələr gedir, yeni texnologiyalar tətbiq edilir:
“Tullantıların idarə olunması sadəcə həmin yerin tullantılardan təmizlənməsi deyil, həm də qlobal səviyyədə ortaya çıxan iqlim probleminin həllində də çox vacib yer tutur. Tullantılar düzgün idarə olunmadığı təqdirdə böyük fəsadlar ortaya çıxa bilər. Tullantıların idarə olunması mürəkkəb prosesdir”.
Elmar Məlikovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz