VİDEO

Cəbrayılın Hüseynalılar kəndindən görüntülər - VİDEO

Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunun Hüseynalılar kəndindən videogörüntülər yayıb.
Sputnik

BAKI, 9 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunun Hüseynalılar kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Hüseynalılar Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl Cəbrayıl qəzasının hacılı icmasına mənsub hüseynalılar tirəsinin məskunlaşması nəticəsində yaranıb.

1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan kəndi 2020-ci il noyabrın 9-da Azərbaycan Silahlı Qüvvələri erməni tapdağından azad edib.