CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda xüsusi xəbərdarlıq sistemi qurulur - FOTO

Böyük mənzilli və qabaqcıl texnologiyalarla təchiz olunan radarlar Hökumət və yerli hakimiyyətə hava şəraitinin dəyişməsi və təhlükəli təbii halların baş verməsi ilə bağlı vaxtında qərar qəbul edilməsi və erkən xəbərdarlıq etməsi imkanını yaradır.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. Bu gün Qazaxıstan səfiri Serjan Abdıkarimov Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, ABŞ səfiri Li Litzenberger, Qazaxıstanın "Spetsosnoşeniya" şirkətinin rəhbəri Alia Nurakişeva, "Azhidromet" rəhbərliyi və digər rəsmi şəxslərlə birgə Azərbaycanın Şamaxı rayonunda meteoroloji radarların quraşdırılması layihəsinin açılış mərasimində iştirak edib. Bu barədə Sputnik Azərbaycan-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilir.

Qeyd olunur ki, sözügedən radarlar ölkədə və ümumiyyətlə, regionda ilk dəfə olaraq, Amerikanın "Baron Services" şirkətini Qafqazda və Orta Asiyada eksklüziv olaraq təmsil edən Qazaxıstanın "Spetsosnoşeniya" şirkətinin texniki dəstəyi ilə quraşdırılıb. Bu layihə Azərbaycanın, Qazaxıstanın və ABŞ-ın uğurlu üçtərəfli əməkdaşlığının nəticəsi olub.

Böyük mənzilli və qabaqcıl texnologiyalarla təchiz olunan radarlar hökumətə və yerli idarəedicilərə hava şəraitinin dəyişməsi və təhlükəli təbii halların baş verməsi ilə bağlı vaxtında qərar qəbul edə bilmək, başqalarını erkən xəbərdar etmək imkanı yaradır. Onlar dövlətin, cəmiyyətin və vətəndaşın fəaliyyətinin bir çox sahələrdə təhlükəsizliyini təmin edir. Bu, xüsusilə hava şəraitindən asılı olan kənd təsərrüfatı üçün önəmlidir, beləliklə, ölkənin qida təhlükəsizliyi təmin olunur. "Spetsosnoşeniya" şirkəti Qazaxıstanda "Baron" radarlarının istehsalatının lokallaşdırılmasını, servis, tədris, tədqiqat, məlumatların emalı və hava şəraitlərin modelləşdirilməsi mərkəzinin yaradılmasını planlaşdırır. Bu, öz növbəsində, sahənin uğurla inkişaf etdirilməsinə, qabaqcıl texnologiyaların tətbiq edilməsinə, hava məlumatlarının rəqəmsallaşdırılmasına və ölkənin ekologiyasının yaxşılaşdırılmasına yol açacaq.