Ərdoğan və Conson arasında telefon danışığı: Gündəmdə regional məsələlər də olub

Türkiyənin dövlət başçısı əminliklə bildirib ki, bu çərçivədə atılacaq addımlar ortaq ticarət dövriyyəsinin 20 milyard dollara çatması hədəfini asanlaşdıracaq.
Sputnik

BAKI, 8 mart - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadla xəbər verir ki, liderlər ticarət, turizm, müdafiə, kənd təsərrüfatı, sərmayə və koronavirusla mübarizə başda olmaqla bir sıra sahələrdə Türkiyə-Böyük Britaniya əlaqələrinə dair müzakirələr aparıb və regional prosesləri nəzərdən keçiriblər.

Ötən il dekabrın 29-da Türkiyə və Böyük Britaniya arasında imzalanan Azad Ticarət Müqaviləsinin iki ölkə arasındakı əlaqələrdə yeni bir dövrün başlanğıcı olduğunu vurğulayan Türkiyənin dövlət başçısı əminliklə bildirib ki, bu çərçivədə atılacaq addımlar ortaq ticarət dövriyyəsinin 20 milyard dollara çatması hədəfini asanlaşdıracaq.