FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Gözəllik, ya dəlilik? Qadınların seçimi - FOTO

Sputnik

Hər birimiz heç olmasa bir dəfə "Gözəllik qurban tələb edir" kəlmələrini eşitmişik. Kiminçünsə qulağını yağır edən cümləyə dönsə də, onun arxasında real hadisələr dayanır. Əsrlər boyu qadınlar dəyişkən gözəllik standartlarına uymaq üçün müəyyən qurbanlar veriblər ki, başqa zamanların prizmasından baxanda onlar absurd görünür. 

Plastik əməliyyatlar, qabırğaların çıxarılması, bayılma həddinə çatdıran dar korsetlər, radioaktiv və zəhərli kosmetika - Həvvanın qızları başlarına daha nə oyunlar açmayıblar ki...

Gənc nəsil ötən illərin gözəllik standartlarını gülməli, o standartlara çatmaq üsullarını isə ağılsız sayır. Ola bilsin, gələcək nəsillər də bizim zamanın gözəllik etalonlarına dodaq büzəcəklər. Bəlkə, hələ qadınların ülvi gözəllik arzularına çatmağına "yardım edən" gözəllik sənayesinin işçilərinin əməllərindən dəhşətə də gəldilər. 

Heyrətə salan "gözəllik alətlərini" Sputnik Azərbaycan-ın fotolentində izləyin.

1 / 12
Thylda korseti Les Modes-in səhifəsində
2 / 12
The Masses qəzetinin burun düzəltməklə bağlı məqaləsi
3 / 12
ABŞ-da arıqlamaq üçün lentvari qurdların reklamı
4 / 12
Çillərini yox etdirən qız, Macarıstan
5 / 12
Üzdə qəmzə yaratmaq üçün xüsusi cihaz, ABŞ
6 / 12
Saçları burmaq üçün xüsusi qurğu, Almaniya
7 / 12
Üzdə qırış və ləkələri götürmək üçün kauçuk kosmetik maskanın reklamı
8 / 12
Yapon qadın dişini qara rəngə boyayır
9 / 12
Qadının saçını ütü ilə düzləşdirirlər
10 / 12
Çinli qadının kiçiltmə məqsədilə bintlə sarınmış ayaqları
11 / 12
Qadınlar fen ilə, Çikaqo
12 / 12
Büstün böyüməsi və möhkəmlənməsi üçün spiralvari elektrik büsthalter