CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

NK Azərbaycanda koronavirusa qarşı peyvənd edilənlərin sayını açıqlayıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.
Sputnik

BAKI, 7 mart - Sputnik. Ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 17 495 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 407 979 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.