HADİSƏ

Bakıda daha bir məktəb küləyin qurbanı oldu

Müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.
Sputnik

 

BAKI, 7 mart — Sputnik. Paytaxtda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.

Müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.

Qeyd edək ki, 319 nömrəli tam orta məktəb 15 sentyabr 2007- ci il tarixdə istifadəyə verilib.

Xatırladaq ki, daha əvvəl paytaxtda əsən güclü külək Bakı şəhəri, Suraxanı rayonu, Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.