SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türklər AB-nin Kipr məsələsində neytral qalacağına inanmır

Şimali Kipr prezidenti Ərsin Tatar AB-nin görüşlərdə müşahidəçi qismində iştirak etməsini qəbul etmədiklərini bildirib. O, AB-nin bu görüşlərdə tərəfsiz qalacağını gözləmədiyini qeyd edib.
Sputnik

BAKI, 6 mart — Sputnik. Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borel Cənubi Kipr və Şimali Kipr liderləri ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərlə bağlı açıqlama verib.

Diplomat kiprli liderlərlə görüşdən  sonra bildirib ki, gediləcək çətin uzun bir yol var, amma həll yolu tapa bilər. Diplomat qeyd edib ki, Avropa Birliyi həll prosesinin BMT himayəsi altında ən qısa vaxtda yenidən başalamasını dəstəkləyir.

“BMT-nin formalaşdırdığı hazır bir çərçivə palnı var. Bu, asan olmayacaq, ancaq bütün kiprlilərin, Avropanın və bölgənin sabitliyi üçün bunu etmək mümkündür. Avropa Birliyi Kiprli tərəflərlə yanaşı təminatçı ölkə olaraq Türkiyə, Yunanıstan və İngiltərənin də iştirak edəcəyi 5+1 qeyri-rəsmi iclasında müşahidəçi kimi qatılmaq istəyir”.

Qeyd edək ki, Şimali Kipr prezidenti Ərsin Tatar AB-nin görüşlərdə müşahidəçi qismində iştirak etməsini qəbul etmədiklərini bildirib. O, AB-nin bu görüşlərdə tərəfsiz qalacağını gözləmədiyini qeyd edib.