SƏHİYYƏ

Koronavirusa yoluxanların sayı 116 milyonu aşdı

Azərbaycan bu siyahıda 55-ci yerdə qərarlaşıb. Ölkədə yoluxanların sayı 236 min 12, ölənlərin sayı isə 3 min 235-dir.
Sputnik

BAKI, 6 mart — Sputnik. Dünyada COVID-19-a ümumi yoluxanların sayı 116 milyonu ötüb. Sputnik Azərbaycan-ın www.worldometers.info-ya istinadən xəbərinə görə, virusa yoluxanların sayı 116 milyon 674 min 528 olub. Bu virusdan dünyasını dəyişənlərin sayı 2 milyon 592 min 129, sağalanların sayı isə 92 milyon 292 min 715 olub.

Qeyd edək ki, hazırda dünyada aktiv COVID-19 xəstələrinin sayı 21 milyon 789 min 684-dür. ABŞ, Hindistan, Braziliya, Rusiya, Böyük Britaniya isə virusa yoluxma sayına görə ardıcıl olaraq ilk beşlikdə qərarlaşıb.

Azərbaycan isə bu siyahıda 55-ci yerdədir. Azərbaycanda yoluxanların ümumi sayı 236 min 12, ölənlərin sayı isə 3 min 235-dir.

Qonşu Türkiyə isə bu siyahıda 9-cu yerdədir. Belə ki, Türkiyədə yoluxanların sayı 2 milyon 757 min 460, ölənlərin sayı isə 28 min 901-dir.