SƏHİYYƏ

COVID-19 rəqəmlərində yenidən artma olacaq - ÜST açıqladı

"6 həftə idi ki, virusa yoluxmada rəqəmlərdə azalmalar müşahidə olunur. Artıq bu ümidverici dövr başa çatdı, bir neçə gündür mərkəzi və şərqi Avropa ölkələrində virusa yoluxmada artım var".
Sputnik

BAKI, 6 mart — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı 6 həftə rəqəmlərin aşağı olmasından sonra virusa yoluxmada yenidən artım olduğunu açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə ÜST-ün Avropa üzrə direktoru Hans Kluqe məlumat verib. O bildirib ki, son günlərdə mərkəzi və şərqi Avropa ölkələrində virusa yoluxmada rəqəmlərdə artım olub:

"6 həftə idi ki, virusa yoluxmada rəqəmlərdə azalmalar müşahidə olunur. Artıq bu ümidverici dövr başa çatdı, bir neçə gündür mərkəzi və şərqi Avropa ölkələrində virusa yoluxmada artım var".

O bu artımın 9 faizədək olduğunu bildirib.