HADİSƏ

Terrorçular həbsxananı ələ keçirib, həmkarlarını azad etdilər

Terrorçular həbsxana ərazisinə daxil olduqdan sonra atışma baş verib. Nəticədə səkkiz nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Sputnik

BAKI, 5 mart — Sputnik. "Əl- Qaidə" beynəxlaq terror təşkilatının bir qolu olan "Əş-Şabab" qruplaşmalarının üzvləri Somalinin şimal-şərqində Bosaso şəhərində həbsxananı ələ keçirib. Bu barədə Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, terrorçular həbsxana ərazisinə daxil olduqdan sonra atışma baş verib. Nəticədə səkkiz nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Terrorçular həbsxananı ələ keçirdikdən sonra dörd yüz terrorçunu oradan çıxara biliblər. Azad edilən terrorçular arasında İŞİD-çilər də olub.