"Kurtlar Vadisi" sevərlərə müjdə - ekranlara qayıdır

"Kurtlar Vadisi Xaos"un aktyor heyətinin yaxın aylarda tamamlanması gözlənilir. Serialın çəkilişlərinin iyul ayında başlayacağı qeyd edilir.
Sputnik

BAKI, 5 mart — Sputnik. Türkiyənin bir zamanlar damğasını vuran "Kurtlar Vadisi" serialı "Kurtlar Vadisi Xaos" adı ilə ekranlara dönməyə hazırlaşır.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekranlarda ən çox izlənilən serialla bağlı detallar ortaya çıxmağa başlayıb.

"Kurtlar Vadisi Xaos"un aktyor heyətinin yaxın aylarda tamamlanması gözlənilir. Serialın çəkilişlərinin iyul ayında başlayacağı qeyd edilir. Bildirilir ki, hər şey planlaşdırıldığı kimi getsə, "Kurtlar Vadisi Xaos" sentyabr-oktyabr aylarında ekranlara çıxacaq. Serialın hansı kanalda yayımlanacağı dəqiqləşməyib.