Yaşa görə pensiyaların orta aylıq məbləği açıqlandı

Bu artıma əsasən cari ilin əvvəlindən pensiyaların indeksləşdirilərək ödənilməsi təmin edilib. Ümumilikdə 2018-ci ilin əvvəlinə nisbətən pensiyaların orta aylıq məbləği 60% artıb.
Sputnik

BAKI, 4 mart — Sputnik. Ölkəmizdə pensiyaların orta aylıq məbləği ilin əvvəli ilə müqayisədə daha 10%-dək artaraq 330 manata çatıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, hazırda yaşa görə pensiyaların orta aylıq məbləği 361 manat, əlilliyə görə pensiyaların orta aylıq məbləği 290 manat, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 267 manat təşkil edir.

Bu artıma əsasən cari ilin əvvəlindən pensiyaların indeksləşdirilərək ödənilməsi təmin edilib. Ümumilikdə 2018-ci ilin əvvəlinə nisbətən pensiyaların orta aylıq məbləği 60% artıb.