BAKI, 4 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin "Biz birlikdəyik" ümumrusiya qarşılıqlı yardım aksiyasının iştirakçıları ilə görüşü zamanı "daha bir saray" haqqında zarafat edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Belə ki, görüş zamanı prezidentlə əlaqəyə Leninqrad vilayətindən qız çıxıb. O, bildirib ki, Sterlnidən (Rusiya Federasiyası Prezidentinin İşlər üzrə idarəsi, "Konqreslər sarayı"nın yerləşdiyi yer) iki kilometr aralıda yerləşir.
"Yaxşı, əla. Daha bir saray kimi görünür, ona görə gələcəyəm. Amma onu mənim adıma yazmayın", - deyə Putin zarafatla deyib.
Qeyd edək ki, daha əvvəl Navalnının komandası yaydığı filmdə iddia olunur ki, Rusiya Prezidenti Qara dəniz sahilində özünə 100 milyard rubl həcmində saray tikdirib. Putin isə öz növbəsində bəyan edib ki, materialda göstərilən heç bir şey nə ona, nə də onun qohumlarına məxsus deyil".