Təhsil işçilərinin vaksinasiyasına başlandı

Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. Peyvəndləməyə yaşı 50-dən yuxarı olan pedoqoji və texniki heyət cəlb olunub.
Sputnik

BAKI, 4 mart — Sputnik. Bakıda yaşı 50-dən yuxarı olan pedoqoji və texniki heyətin vaksinasiya porsesi başlanılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq təşkil edilmiş vaksinasiya prosesi Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsində (Binəqədi rayonunda - 276, Xətai rayonunda - 56, Xəzər rayonunda - 26, Suraxanı rayonunda - 84, Sabunçu rayonunda - 90, Səbail rayonunda - 239, Nərimanov rayonunda - 258, Nəsimi rayonunda - 14, Nizami rayonunda - 129, Yasamal rayonunda - 158 saylı tam orta məktəblər) həyata keçirilir.