Səfər Mehdiyev: Ötən il idxalın 59 faizi gömrük rüsumundan azad edilib

Ötən il Azərbaycanda idxalın 41 faizi gömrük rüsumuna cəlb edilib, idxal əməliyyatlarının dəyəri isə 10 milyard 730,7 milyon dollar olub.
Sputnik

 

BAKI, 4 mart — Sputnik. 2020-ci ildə idxalın 59 faizi gömrük rüsumundan azad olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, keçən il idxalın 41 faizi gömrük rüsumuna cəlb edilib, 59 faizi isə rüsumdan azad olunub:

"Belə ki, idxal rüsumundan azad olunan malların dəyəri 6 milyard 331 milyon 856 min ABŞ dolları, rüsuma cəlb olunanların dəyəri isə 4 milyard 398 milyon 864 min dollar təşkil edib".

Qeyd edək ki, ötən il Azərbaycanda idxal əməliyyatlarının dəyəri 10 milyard 730,7 milyon dollar olub.