QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Yer üzündən silinən daha bir kənd - FOTOLAR

Merdinli kəndi Köndələnçayın sahilində, düzənlikdə yerləşir. İşğal edilənə qədər burada heyvandarlıq, taxılçılıq və üzümçülük inkişaf etmişdi.
Sputnik

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Qarabağda vandalizmə məruz qalan yaşayış məntəqələrindən biri də Füzuli rayonunun Merdinli kəndidir. Kəndin qəbristanlığı da ürək dağlayır - məzarlar dağıdılıb, qəbir daşları uçurulub.

Ən pisi isə odur ki, ermənilər Merdinli kəndindəki məsciddən tövlə kimi istifadə ediblər. Qarşı tərəf kənddəki məsciddə mal-qara saxlamaqla azərbaycanlılara qarşı nifrətini nümayiş etdirib.

Vandallar 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.

Qeyd edək ki, Merdinli kəndi Köndələnçayın sahilində, düzənlikdə yerləşir. İşğal edilənə qədər burada heyvandarlıq, taxılçılıq və üzümçülük inkişaf etmişdi. 1993-cü ildə ermənilər tərəfindən işğal edilərək dağıdılan kənd Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları zamanı 2020-ci il noyabrın 9-da düşmən tapdağından azad olunub.