MƏDƏNİYYƏT

Sultan Səlimin həyatı haqda film çəkiləcək

Filmin prodüseri Xalid Arabacı açıqlamasında filmin Sultan Səlimin Misir səfərləri və Hicazın idarəsinin Osmanlılara keçdiyi dövrü əhatə edəcəyini bildirib.
Sputnik

 

BAKI, 3 mart — Sputnik. "Dövrünün İskəndəri" adlandırılan Osmanlı sultanlarından Yavuz Sultan Səlimin həyatı ekranlara daşınır.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Sultan Səlimin həyatından bəhs olunan filmin 2023- cü ildə nümayişi gözlənilir.

Xalid Arabacının prodüserliyi ilə çəkilən filmin kastinq işlərinin davam etdirildiyi bildirilib.

Qeyd edək ki, Sultan Səlim haqqında bir neçə dəfə film çəkilməyə cəhd edilsə də hər dəfə müəyyən səbəblərdən yarımçıq qalıb. Filmin prodüseri Xalid Arabacı açıqlamasında filmin Sultan Səlimin Misir səfərləri və Hicazın idarəsinin Osmanlılara keçdiyi dövrü əhatə edəcəyini bildirib.