SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Siyasi ekspert: “YAP-da islahatları yaxına buraxmayanlar maneəyə çevriliblər”

Siyasi ekpsert Aydın Quliyev deyir ki, YAP-ın təşkilati-siyasi fəaliyyəti ölkədə baş verən dəyişikliklərdən geri qalır
Sputnik

Martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçiriləcək. Qurultayda bir sıra vacib qərarlar qəbul ediləcək.

Siyasi ekpsert Aydın Quliyev Sputnik Azərbaycan-a deyir ki, YAP-ın qurultayının keçirilməsi ölkənin siyasi həyatında təsirli bir siyasi hadisə olacaq:

“Cəmiyyət və siyasi təşkilatların bu qurultaydan gözləntiləri var. YAP-ın həm siyasi ideoloji fəaliyyətində, həm də struktural fəaliyyətində və elitar kadr heyətində çox ciddi islahatlara ehtiyyac duyulur. Uzun zamandır ki, bu islahatlardan danışılır, ancaq YAP-ın daxilində bu islahatlar məsələsini yaxına buraxmayanlar partiyanın daxili inkişaf yollarında maneələrə çevriliblər. Açıq-aşkar görünür ki, YAP-ın təşkilati-siyasi fəaliyyəti ölkədə baş verən dəyişikliklərdən geri qalır”.

Xatırladaq ki, YAP-ın sonuncu qurultayı 2018- ci ilin fevralın 8-də keçirilib.

Aydın Quliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz