SƏHİYYƏ

Daha bir nazirliyin əməkdaşları peyvənd olunur

Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.
Sputnik

BAKI, 3 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyi əməkdaşları COVİD-19 əleyhinə peyvənd olunur. Sputnik Azərbaycan-ın məlumatına görə, fevralın 25-də başlayan vaksinasiya nəticəsində artıq 300 nəfərdən artıq şəxs peyvənd olunub.

Qeyd edək ki, ötən ay polis əməkdaşlarının da vaksinasiyası həyata keçirilib. Xatırladaq ki, "Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası"na əsasən ilk növbədə əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının vaksinasiya edilməsi nəzərdə tutulub. Sözügedən strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.