MƏDƏNİYYƏT

Azərbaycanlı aktrisa Türkiyənin məşhur jurnalının üz qabığında yer alıb

Türkiyədə fəaliyyət göstərən beynəlxalq zinət əşyaları jurnalında Aysel dünyaca məşhur qızıl markalarının tanıtımını edib.
Sputnik

BAKI, 3 mart — Sputnik. Aktrisa Aysel Nazim növbəti uğuru ilə pərəstişkarlarını sevindirib.

Sputnik Azərbaycan xəbər verir ki, o, məşhur "Gold Book Magazine" jurnalının 55-ci buraxılışının üz qabığında yer alıb. Türkiyədə fəaliyyət göstərən beynəlxalq zinət əşyaları jurnalında Aysel dünyaca məşhur qızıl markalarının tanıtımını edib. "Gold Book Magazine" jurnalı Türkiyə ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt, İtaliya, Hindistan, Amerika Birləşmiş Ştatları, Rusiya və Ukrayna kimi ölkələrdə də çap olunur.

Xatırladaq ki, Aysel Nazim Türkiyəyə köçərək, karyerasına orada davam edir.