CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

8 Martda qanı qaralanlar üçün qaynar xətt yaradılıb

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə cəmiyyət birgə mübarizə aparmalı, dəyərləri qorumalı və gələcək nəsillərə çatdırmalıdır.
Sputnik

BAKI, 2 mart — Sputnik. "Təhsil Nazirliyi qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji heyətimizin əksəriyyətini təşkil edən xanım müəllimlərimizin həm də fədakar ana kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladlarımızın yetişməsində rolu danılmazdır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd edilib ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə cəmiyyət birgə mübarizə aparmalı, dəyərləri qorumalı və gələcək nəsillərə çatdırmalıdır: "Bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (146-1) və yaxud office@edu.gov.az elektron poçt ünvanına anonim olmadan müraciət edə bilərsiniz".