CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfv Komissiyası yeni müraciətlərə baxacaq

İndiyədək komissiyanın 4 iclası keçirilib. Əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb
Sputnik

BAKI, 2 mart — Sputnik. Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.

Qeyd edək ki, indiyədək komissiyanın 4 iclası keçirilib və daxil olan müraciətlərin 450-dən çoxuna baxılıb. İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.