İQTİSADİYYAT

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub
Sputnik

BAKI, 2 mart — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,30 dollar ucuzlaşaraq 65,66 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,59 dollar geriləyərək 63,10 dollar, "Light" markalı neftin qiyməti isə 0,58 dollar ucuzlaşaraq 60,06 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.