MƏDƏNİYYƏT

Anar Kərimov türkiyəli həmkarı ilə sənəd imzaladı

Restavrasiya mövzusunda Türkiyənin milli və beynəlxalq səviyyədə çox geniş işlər gördüyünü deyən Ərsoy bu sahədəki təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşəcəklərini bildirib
Sputnik

BAKI, 2 mart — Sputnik. Türkiyə ilə Azərbaycan arasında mədəniyyət və incəsənət sahəsində ikitərəfli münasibətlərin inkişafına yönəlmiş birinci birgə Mədəniyyət Komissiyasının iclası çərçivəsində bir sıra protokollar imzalanıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclas çərçivəsində Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov türkiyəli həmkarı Mehmet Nuri Ərsoyla görüşüb. Görüşdən sonra iki ölkənin nazirlərinin iştirakı ilə rəsmi sənədlərin imzalanması mərasimi keçirilib.

Çavuşoğlu: "Azərbaycanın haqlı davasını müdafiə edəcəyik"

Tədbirdə çıxış edən M.Ərsoy iclasın çox faydalı olduğunu, ilk fürsətdə Azərbaycana səfər edəcəyini bildirib: "İki ölkə arasında əzəldən tarixi bir mirasımız var. İki qardaş ölkənin bir-biri ilə daha çox yaxınlaşması, ortaq layihələrin daha da inkişafı üçün birlikdə hərəkət edəcəyik. Kino sahəsində birgə əməkdaşlığın artırılması lazımdır. Türkiyə dünyada serial ixracında ikinci sıradadır və çox təcrübəlidir".

"Bundan əlavə, restavrasiya mövzusunda da Türkiyə milli və beynəlxalq səviyyədə çox geniş işlər görən bir ölkədir. Bu sahələrdəki təcrübələrimizi də azərbaycanlı qardaşlarımızla paylaşacağıq. İki tərəfin qurumları bu təcrübələrinin həm ötürülməsi, həm də inkişafı mövzusunda səy göstərəcəklər", - deyə nazir bildirib.

Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov isə Türkiyəyə səfərdən şad olduğunu, iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsi və inkişafı üçün bu səfərin böyük önəm daşıdığını vurğulayıb.