CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aktrisa üsyan etdi: Aktyorluq önəmlidir, yoxsa fiziki görünüş?

"Bəlli yaşdan sonra prodüserlər bizi seçmirlər. Halbuki, biz öz yaşımızın gözəl insanlarıyıq. Hər zaman seriallarda gənclərin sevgiləri yer alır".
Sputnik

BAKI, 2 mart — Sputnik. "Yeşilçam" ulduzu Selda Alkor prodüserlərə üsyan edib.

Sputnik Azərbaycan Tükiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa yeni iş təklifləri almadığını açıqlayıb:

"Bəlli yaşdan sonra prodüserlər bizi seçmirlər. Halbuki, biz öz yaşımızın gözəl insanlarıyıq. Hər zaman seriallarda gənclərin sevgiləri yer alır. Aktyorluqmu önəmlidir, yoxsa fiziki görünüş? Bu nə dərəcədə doğrudur bilmirəm".