CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki mindən çox məhkum cəzadan azad edildi

Yeni qanunların tətbiqi ilə əlaqədar məhkəmələr tərəfindən 2000-dən çox məhkum cəzadan tamamilə azad edilib, 3300-dən artıq məhkumun cəza müddəti azaldılıb.
Sputnik

BAKI, 1 mart - Sputnik. Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə yüksək humanizmin növbəti təzahürü olaraq, cinayət qanunvericiliyinə mühüm dəyişiklər edilib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasının bu gün keçirilən iclasında bildirilib.

Qeyd edilib ki, 35 əməl dekriminallaşdırılıb, 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib. Bu sahədə yeni qanunların tətbiqi ilə əlaqədar məhkəmələr tərəfindən 2000-dən çox məhkum cəzadan tamamilə azad edilib, 3300-dən artıq məhkumun cəza müddəti azaldılıb.