QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalara başlanılıb

Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Məhərrəmli bildirib ki, yoxlamalar başa çatandan sonra nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Sputnik

BAKI, 1 mart — Sputnik. Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında yoxlamalara başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Məhərrəmli bildirib.

Onun sözlərinə görə, hazırda yoxlamalar davam etdirilir: "Yoxlamalar başa çatandan sonra nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".