CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistanda koronavirusdan ölənlərin sayı 4 minə çatır

Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib ki, ölkədə bu virusdan ölənlərin sayı 3 195 - ə çatıb.
Sputnik

BAKI, 1 mart — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 172 276-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 158 nəfər artıb.

Ermənistanda son gündə daha 3 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 195 - ə çatıb. Xəstəlikdən sağalanların sayı 163 511 nəfər olub. Hazırda bu ölkədə 4 693 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 milyonu keçib, 2,53 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.