Bakı-Sumqayıt yolunda uzun tıxac

Bakı-Sumqayıt yolunda tıxac əleyhinə yolun enləndirilməsi ilə bağlı aparılan tədbirlər effekt vermədi.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 mart — Sputnik. Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda tıxac yaranıb. Sputnik Azərbaycan xəbər verir ki, tıxac hazırda Sumqayıtdan Bakıya gedən istiqamətdə yaşanır.

Tıxacın qarşısının alınması istiqamətində tədbirlər görülürsə də, insanlar yollarda qalıb. Yaranmış mənzərə göstərir ki, Bakı-Sumqayıt yolunda tıxac əleyhinə yolun enləndirilməsi ilə bağlı aparılan tədbirlər effekt vermir. Sputnik Azərbaycan mövzunu davam etdirəcək.