BAKI, 1 mart — Sputnik. Xalq artisti Emin Ağalarov Rusiyanın birinci kanalında yayımlanan "Точь-в-точь" şousunun qonağı olub.
Sputnik Azərbaycan xəbər verir ki, müğənni əfsanəvi musiqiçi Elvis Preslinin obrazını yaradıb və "My way" mahnısını oxuyub. Ağalarov bu barədə özünün "instagram" hesabında yazıb
"Uzun müddətdir etdiyim ən həyəcanlı və çətin çıxışım idi. Birinci kanala bu dəvəti və yaratdığı imkan üçün təşəkkür edirəm. Kumirimin obrazında çıxış etdim. Şounun yaradıcı heyətinə isə demək istəyirəm ki, etdiyiniz iş möhtəşəmdir" deyə, Emin bildirib.