SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İrandan gözlənilməz qərar - Qonşumuz bu addımlarla nə etmək istəyir?

Diplomatların sözlərinə əsasən, İranda əvvəlcə görüşdən sonra ABŞ-ın bəzi sanksiyaları aradan qaldıracağına dair zəmanət almaq istəyirlər.
Sputnik

BAKI, 28 fevral - Sputnik. İran ABŞ və Aİ-nin yaxın həftələrdə nüvə razılaşmasına dair birbaşa danışıqlar aparmaq təklifindən imtina edib. Bu barədə Wall Street Journal qəzeti yüksək vəzifəli qərb diplomatlarına istinadən xəbər verir.

Diplomatların sözlərinə əsasən, İranda əvvəlcə görüşdən sonra ABŞ-ın bəzi sanksiyaları aradan qaldıracağına dair zəmanət almaq istəyirlər. Onlar əlavə ediblər ki, İranın etirazı "yaxın aylarda birbaşa danışıqlara olan bütün ümidləri öldürməyib" və Tehranın bu addımı "gələcək danışıqlarda təsir rıçaqı əldə etmək cəhdi" ola bilər.

Avrokomissiya bir müddət əvvəl təsdiqləyib ki, Avropa diplomatiyası İranın nüvə proqramına dair Birgə hərtərəfli fəaliyyət planının iştirakçılarının qeyri-formal görüşünün çağırılması üzərində işləyir.

ABŞ da Aİ-nin əqidəsi altında "altılığ"ın iştirakı ilə İranla danışıqlarda maraqlı olduğunu bəyan edib. Vaşinqtonun bu sözlərinə cavab olaraq İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ı sanksiyaları qaldırmağa çağırıb.

2015-ci ildə İranla "altılıq" ölkələri (Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, ABŞ, Çin) arasında Birgə hərtərəfli fəaliyyət plan imzalanıb. Plana görə İran nüvə proqramını məhdudlaşdırır, əvəzində isə ona qarşı sanksiyalar qaldırılır. Lakin bu plan heç 3 il də fəaliyyət göstərməyib. 2018-ci ilin mayında ABŞ prezidenti Donald Tramp birtərəfli qaydada razılaşmadan çıxmaq və Tehrana qarşı sərt sanksiyalar tətbiq etmək barədə barədə qərar qəbul edib.