SƏHİYYƏ

Koronavirus mövsümi infeksiyaya çevrilir

"Rospotrebnadzor"dan bildirilib ki, 2020-ci ilin payız aylarında koronavirusa yoluxma hallarının kəskin artması bunu bir daha təsdiqləyir
Sputnik

BAKI, 28 fevral — Sputnik. Bir-iki ildən sonra yeni tip koronavirus mövsümi infeksiyaların siyahısına düşə bilər. Sputnik Azərbaycan-ın rusiya mətbuatına istinadla yaydığı xəbərə görə, bu açıqlama ilə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Nəzarət Xidmətinin ("Rospotrebnadzor") Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya çıxış edib.

"Bəlkə də, bu, yaxın 1-2 ildə baş verdi. Artıq indidən COVID-19-da mövsümi infeksiya xüsusiyyətləri müşahidə olunmağa başlayıb. 2020-ci ilin payız aylarında koronavirusa yoluxma hallarının kəskin artması bunu bir daha təsdiqləyir", - deyə o bildirib.

Qeyd edək ki, Rusiya dünyada COVID-19 peyvəndini ilk qeyd alan ölkədir. Preparat Qamaleya adına mərkəz tərəfindən Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə birlikdə hazırlanıb və "Sputnik V" adını alıb. Ötən ilin oktyabr ayının 15-də Rusiya Prezidenti Vladimir Putin "EpiVacCorona" adlı COVID-19-a qarşı ikinci peyvəndin qeydiyyatdan keçirilməsi ilə bağlı məlumat verdi. Yeni preparat Novosibirskdəki "Vektor" Mərkəzi tərəfindən işlənib-hazırlanıb. Üçüncü Rusiya peyvəndi olan "CoviVac" isə Çumakov adına mərkəz tərəfindən işlənib hazırlanaraq bu ilin fevral ayının 20-də qeydiyyatdan keçirilib.