SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanda qarşıdurma yeni mərhələyə keçir: Prezidentin impiçmenti gündəmə gəlir

Konstitusiyanın 141-ci maddəsinin kobud surətdə pozulduğunu nəzərə alaraq Prezidentin impiçment prosesinin başlanılması üçün aydın əsaslar mövcuddur
Sputnik

BAKI, 28 fevral - Sputnik. Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyası tərəfindən Prezident Armen Sərkisyanın mümkün impiçment prosesi gündəmə gətirilməyə başlanıb.

Sputnik Ermənistan-ın verdiyi məlumata əsasən, hakim fraksiyanın deputatı Vaaqn Ovakimyan “Facebook” səhifəsində yazıb ki, buna səbəb Prezident Armen Sarkisyanın Baş nazir Nikol Paşinyanın Baş Qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə vəsatətini imzalamaqdan imtina etməsidir. 

Ovakimyan nəzərə çatdırıb ki, Konstitusiyanın 139-cu maddəsinə əsasən, Prezident Baş nazirin sərəncam layihəsini etirazla geri qaytarmaq hüququna malikdir: "İlk baxışdan da Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi barədə sərəncamını da Prezident geri qaytararkən bu hüququndan istifadə edib. Lakin əslində məsələ belə deyil. Prezident özbaşına sərəncam layihəsini ona təklif edən orqana qaytara bilməz. İndiki halda Baş nazir Konstitusiyanın 155-ci maddəsinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində Baş Qərargah rəisini vəzifədən azad olunmasını təklif edib. Hətta ən güclü təxəyyüllə malik insan bu prosesdə Konstitusiyaya zidd element görə bilməz. Biz əslində Prezidentin səlahiyyətlərindən özbaşına istifadəsini görürük. Prezidentin səlahiyyətlərindən özbaşına istifadə dövlət təhlükəsizliyini təhdid altınla qoya və stabilliyi poza bilər. Buna görə də Konstitusiyanın 141-ci maddəsinin kobud surətdə pozulduğunu nəzərə alaraq Prezidentin impiçment prosesinin başlanılması üçün aydın əsaslar mövcuddur".

Qeyd edək ki, fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb etdikdən sonra Baş nazir Baş Qərargah rəisinin istefası ilə bağlı Prezidentə sərəncam layihəsi təqdim edib. Paşinyan Baş Qərargahın bəyanatını dövlət çevrilişinə cəhd adlandırıb. Prezident isə sərəncam layihəsini geri, baş nazirin üzərinə qaytarıb.