QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ara Ayvazyan: "Yerevan Bakı ilə dialoqdan imtina etmir, ancaq…"

Rusiya-Ermənistan qarşılıqlı münasibətlərinə də toxunan erməni nazir bildirib ki, onlar Rusiya ilə əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl fəlaiyyəti davam etdirirlər.
Sputnik

BAKI, 27 fevral — Sputnik. Yerevan Bakı ilə dialoqdan imtina etmir, ancaq bunun üçün münasib atmosferin yaranmasına, gündəmin formalaşmasına ehtiyac var – bunu Ermənistanın xarici işlər naziri Ara Ayvazyan RİA Novosti-yə verdiyi müsahibədə bildirib.

"Biz heç vaxt görüşlərdən imtina etmirik. Bununla belə, hər hansı bir görüş müəyyən meyarlara cavab verməlidir. Söhbət, ilk növbədə uyğun atmosferin yaradılmasından, konkret gündəmin formalaşdırılmasından gedir", - deyə Ayvazyan Azərbaycan xarici işlər naziri ilə görüşün mümkün olub-olmadığı və iki ölkə liderlərinin görüşünün təşkili üçün danışıqların aparlıb-aparılmadığı barədə sualı cavablandırarkən qeyd edib.

Onun sözlərinə görə, görüşlərin "qarşı tərəfin danışıq aparmaq qabiliyyətinə malik olduğu təqdirdə" baş tutması əhəmiyyət kəsb edir.

Rusiya-Ermənistan qarşılıqlı münasibətlərinə də toxunan Ayvazyan bildirib ki, erməni tərəfi Rusiya ilə əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl fəlaiyyətini davam etdirir.

"10 noyabr bəyanatı de-fakto sülh müqaviləsidir" - Prezident

"Bu işi mövcud dövlətlərarası qarşılıqlı əlaqələr mexanizmi çərçivəsində həyata keçirmək niyyətindəyik. Söhbət iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya və bu komissiya ilə müvafiq ixtisas komitələri arasında parlamentlərarası dialoqdan, eləcə də, hərbi-texniki komissiya çərçivəsində və digər formatlarda görülən işdən gedir. Təbii ki, bütün bu fəaliyyət ölkələrimizin xarici işlər idarələrinin aktiv koordinasiya rolu ilə irəliləyəcək", - deyə erməni nazir bildirib.

Qeyd edək ki, bir qədər bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Bakının Yerevanla münasibətləri normallaşdırmağa hazır olduğunu və sülh müqaviləsinin imzalanmasını istisna etmədiyini bildirmişdi. O, 2021-ci ilin yanvar ayında Moskvada keçirilən üçtərəfli görüşdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla heç bir təmasının olmadığını da vurğulamışdı.