İki itə görə adamı güllələdilər, atıb qaçdılar

Fevralın 24-də naməlum şəxslər tərəfindən ifaçının köməkçisi, 30 yaşlı Rayan Fişerə dörd dəfə atəş açılıb. Onun gəzdirdiyi itlər isə cinayətkarlar tərəfindən oğurlanıb.
Sputnik

BAKI, 27 fevral — Sputnik. Amerikalı müğənni Ledi Qaqanın köməkçisini yaralayaraq iki itini oğurlayan şəxslər saxlanılıblar.

Sputnik Azərbaycan xəbər verir ki, Los-Anceles Polis İdarəsi sənətçiyə məxsus heyvanları sahibinə təhvil verib.

Qeyd edək ki, fevralın 24-də naməlum şəxslər tərəfindən ifaçının köməkçisi, 30 yaşlı Rayan Fişerə dörd dəfə atəş açılıb. Onun gəzdirdiyi itlər isə cinayətkarlar tərəfindən oğurlanıb. Fişer xəstəxanaya çatdırılıb, vəziyyəti stabildir.

İtləri polis idarəsinə bir qadın gətirib. O deyib ki, heyvanları küçədə tapıb.

Qaqa özünün "Instagram" hesabında onları tapan şəxsə yarım milyon dollar verəcəyini bildirmişdi.

Xatırladaq ki, günümüzdə fransız buldoqları kimi tanınan itlər bahalı bir cinsdir. Onların qiyməti 1,5 ilə 3 min dollar arasında dəyişir.