BAKI, 26 fevral — Sputnik. Rusiya sülhməramlı missiyasının Qarabağda birinci vəzifəsi bölgədə davamlı sülhün təmin olunması və normal həyatın bərpa olunmasıdır.
Bu barədə ənənəvi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
"Ən əsası davamlı sülh, insanların qayıtması və normal həyatın qurulmasıdır. Bura hələ ki, çoxsaylı olan məsələlərin həllinə mərhələli keçid də daxildir", – deyən Zaxarova əlavə edib ki, rusiyalı sülhməramlılar məhz bu vəzifəni yerinə yetirirlər.
Zaxarova həmçinin bildirib ki, əraziyə hər bir buraxılış halını sülhməramlılar bütün münaqişə tərəfləri ilə birlikdə araşdırırlar.
"Əlbəttə, biz hamımız jurnalistlərin dünyanın bütün nöqtələrində işləyə bilməsinin, həm də turistlərin getməsinin tərəfdarıyıq. Lakin bəzi reallıqlar və hamımızın həllinə diqqətimizi cəlb etməli olduğumuz real məqsəd var", - deyə RF XİN nümayəndəsi yekunlaşdırıb.