CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yas və toy mərasimlərinin bərpası ilə bağlı addımlar atılır - Rəsmi

"Həmin qurum bununla bağlı tibb mütəxəssislərinin pandemiya ilə bağlı yaranmış vəziyyətə dair qiymətləndirməsini nəzərə alaraq qərarlar qəbul edəcək"
Sputnik

BAKI, 26 fevral — Sputnik. Dini mərasimlər və toyların təşkilinin bərpası ilə bağlı müvafiq addımlar atılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasındə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməsi operativ qərargahən səlahiyyətindədir: "Həmin qurum bununla bağlı tibb mütəxəssislərinin pandemiya ilə bağlı yaranmış vəziyyətə dair qiymətləndirməsini nəzərə alaraq qərarlar qəbul edəcək".