BAKI, 26 fevral — Sputnik. "Qəbələyə dəmir yolunun tikintisi başa çatıb". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
"Qəbələ rayonuna - "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksi istiqamətində çəkilmiş dəmir yolu xətti hazırdır. "Prezident nə vaxt istəsə, onun açılışını edəcək".