CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Pray for Ganja" klipi təqdim edildi - VİDEO

Layihə Gəncə, Bərdə, Xocalı, həmçinin Qarabağda şəhid olan bütün günahsız həmvətənlərimizin ruhuna ithaf olunur. Təsadüfi deyil ki, mahnı və klipin təqdimatı "Xocalı soyqırımı"nın 29-cu ildönümü ərəfəsində baş tutub
Sputnik

BAKI, 26 fevral — Sputnik. Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva yeni layihəsini təqdim edib.

Layihənin rəhbəri Ruslan Zeynalovun Sputnik Azərbaycan-a verdiyi xəbərə görə, klip Gəncə, Bərdə, Xocalı, həmçinin Qarabağda şəhid olan bütün günahsız həmvətənlərimizin ruhuna ithaf olunur:

"Təsadüfi deyil ki, mahnı və klipin təqdimatı "Xocalı soyqırımı"nın 29-cu ildönümü ərəfəsində baş tutub. İngilis dilində olan mahnının bəstəkarı Sivva, sözlərin müəllifi isə Ruslan Karslıdır. Aranjiman Samir Şirinova aiddir. Balabanda Xalq artisti Əlixan Səmədov, kamançada isə Əməkdar artist Elnur Əhmədov ifa edib. Xanım ifaçının duet ortağı "Uşaq Avroviziya mahnı müsabiqəsi"nin iştirakçısı, prezident təqaüdçüsü Fidan Hüseynovadır. Layihə üzərində 4 ay çalışmışıq. Klipdə 2020-ci ilin oktyabrında Gəncədə baş verən qanlı hadisələr obrazlı şəkildə canlandırılıb. Rejissor Delee Oruclu, baş prodüser Samir Şirinovdur".