RUSİYA

Dövlət Dumasının komitə sədrindən Paşinyanın "İsgəndər" bəyanatı barədə maraqlı açıqlama

"Yadımdadır, o (Nikol Paşinyan) Yerevanın küçələrində çevriliş günlərində hərəkata başçılıq edəndə rus dilini bilmirdi və onu öyrənirdi".
Sputnik

BAKI, 26 fevral — Sputnik. "Paşinyanı tanıyaraq fikriləşirəm ki, Nikol sadəcə bunu rus dilini bilməməkdən və ya pis bilməkdəın edib". Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Kalaşnikov Sputnik-in studiyasında Ermənistanın baş naziri Nikol Paşinyanın "İsgəndər" raketləri ilə bağlı məlum fikrini şərh edərkən belə deyib.

"Yadımdadır, o Yerevanın küçələrində çevriliş günlərində hərəkata başçılıq edəndə rus dilini bilmirdi və onu öyrənirdi. Məncə o bu ifadəni işlədəndə dərindən fikirləşməyib. Yəni, 10%, 20% nə deməkdir? Raket 10% partlayıb? Amma bu raketin istifadəsi faktı çox şeydən xəbər verir" - Kalaşnikov bildirib.