QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Dağlıq Qarabağ münaqişəsi artıq sona çatıb" - Prezident

Minsk qrupunun fəaliyyəti olsa da, sıfıra bərabər olubinsk qrupunun fəaliyyəti olsa da, sıfıra bərabər olub.
Sputnik

BAKI, 26 fevral — Sputnik. "Dağlıq Qarabağ münaqişəsi artıq sona çatıb. Bizi qənaətimizə görə, bu belədir".

Sputnik Azərbaycan-ın məlumatına bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Azərbaycan bu münaqişənin bir tərəfi idi və biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan bunu həll edib. 30 il davam edən danışıqlar heç bir nəticə verməyib. Minsk qrupunun fəaliyyəti olsa da, sıfıra bərabər olub. Son 2 il ərzində faktiki olaraq Minsk qrupunun həmsədrləri heç özləri də bilmirdilər nə işlə məşğul olsunlar. Çünki Ermənistan baş nazirinin yersiz və təhlükəli bəyanatları onların fəaliyyətlərini də iflic və mənasız edib", - dövlət başçısı bildirib.

"Öz çıxışlarımda statusun ünvanını göstərmişəm. Bir daha ora qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistan və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bax bu günə salan səbəblərdən biri də məhz bu idi: xülya, iddia, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynayıblar. Ona görə də status məsələsi ümumiyyətlə gündəlikdən çıxarılmalıdır", - dövlət başçısı söyləyib.