Avropaya gedənlərdən vaksin sertifikatı tələb olunacaq

Koronavirusdan peyvənd olunmayanlar üçün bir neçə aydan sonra Avropa ölkələrinə səfər etmək qəliz məsələyə çevrilə bilər. Çünki bunun üçün xüsusi pasport tələb olunacaq
Sputnik

BAKI, 26 fevral - Sputnik. Avropa İttifaqı ölkələrinin liderləri peyvənd olunma haqda elektron sertifikatların tətbiqi barədə razılığa gəliblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Almaniya Kansleri Angela Merkel koronavirus üzrə iclasdan sonra deyib. 

ÜST koronavirus haqda: Vəziyyət ərəbcədir – azalır, amma yayılır

O bildirib ki, peyvənd olunmanı təsdiq edən sənəd üçüncü ölkələrdən olan vətəndaşların Aİ-yə gəlməsində əsas sənədlərdən biri ola bilər. 

"Texniki məsələləri işləyib hazırlamaq üçün Avropa Komissiyasına təxminən üç ay gərək olacaq", - Merkel əlavə edib. 

Kansler izah edib ki, əvvəlcə belə sertifikatları üzv ölkələr işləyib hazırlayacaq, Avrokomissiya isə onları uyğunlaşdıracaq və beləliklə o, ittifaqın bütün ölkələrində istifadəyə yararlı olacaq.

Sammitin yekunlarına dair birgə bəyannamədə Avropa ölkə və hökumətlərinin rəhbərləri qeyd ediblər ki, vaksinlərin təsdiqlənməsi ilıə istehsalının sürətləndirilməsi barədə də razılığa gəliblər.