HADİSƏ

Şaxtalı havada yıxılanların sayı 71 olub

Yaralılardan 6-na yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb. Qeyd edək ki, yaralılardan 38-i kişi, 33 qadın olub.
Sputnik

BAKI, 25 fevral — Sputnik. Şaxtalı havada yıxılanların sayı açıqlandı. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, fevralın 24-dən etibarən ümumilikdə 71 nəfər hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan 6-na yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, yaralılardan 38-i kişi, 33 qadın olub.