Sputnik Beynəlxalq İnformasiya Agentliyi və radiosu SputnikPro maarifləndirmə layihəsi üzrə onlayn sessiyalarını davam etdirir. Fevralın 26-da, cümə günü, Bakı vaxtı ilə saat 14:00-da "Başlıq – düşmən deyil, dostdur: tez və effektli cəlbedici başlıq necə qoyulmalı?" mövzusuna həsr olunmuş vebinar baş tutacaq. Vebinarın spikeri "Rossiya Seqodnya" media qrupunun Sənədlərlə Təminat İdarəsinin məsləhətçisi, köşə yazarı Oleq Dmitriyevdir.
Oleq "Ali İqtisadiyyat Məktəbi" ETİ-nin kommunikasiya, media və dizayn fakültəsinin professoru, filologiya elmləri doktorudur. 2001-ci ildən 2007-ci ilədək Rusiya və MDB ölkələrinin regional telekanalları arasında videomübadilə sistemi - "Əyalət" layihəsinin rəhbəri və prodüseri olub. 2007-2013-cü illərdə "TV-Xəbərlər" (RT, "Rusiya-əl-Yəum", RT Espanol telekanalları) tədris proqramlarının rəhbəri olub. Xarici dil bilən və jurnalistikaya yeni başlayanlar üçün baza tədris kurslarının müəllifidir. O, RT telekanalının müxbir məntəqələrində məsləhətlər aparıb. "Voice of Russia" radiostansiyasının ingiliscə xəbərlər xidmətinin rəhbəri işləyib. 2014-cü ilin aprelindən dekabrınadək "Rossiya Seqodnya" media qrupunun Beynəlxalq İngiliscə Yayım Bölməsinin rəhbəri vəzifəsini icra edib.
Vebinarda Oleq Dmitriyev media mətnlərinə başlıqların qoyulması ilə bağlı müxtəlif yanaşmaları nəzərdən keçirəcək, onların mənfi və müsbət cəhətlərini göstərəcək. Müxtəlif MDB ölkələrinin KİV-lərindən götürülmüş məqalə nümunələri əsasında jurnalistlərin öz yazılarına qoyduqları uğurlu başlıqlar barədə danışacaq, eləcə də, bu sahədəki problemlərə toxunacaq.
Onlayn sessiyada iştirak etmək istəyən KİV nümayəndələri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform
SputnikPro "onlayn-mövsüm"ünü 2020-ci il mart ayının ortalarında açıq elan edib. Sessiyalarda koronavirus pandemiyası, veb-analiz vasitələri və müəllif hüquqları kontekstində jurnalist işininin xüsusiyyətləri müzakirə olunur. İştirakçılar çat vasitəsilə bir-birinə mesaj göndərə və fikirlərini real vaxt rejimində paylaşa bilərlər.
SputnikPro – Sputnik Beynəlxalq Xəbər Agentliyi və radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.
Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib.
SputnikPro layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:
https://www.facebook.com/SputnikProject/